Baydendən 3 dəqiqə öncə verilən QƏRAR
26.04.2021
ABŞ Müdafiə Nazirliyi özünün milyonlarla IP ünvanları üzərində nəzarətini əvvəllər adı heç yerdə hallanmayan "Global Resource Systems” adlı kiçik şirkətə təhvil verib.
"The Washington Post” xəbər verib ki, bu, Baydenin rəsmi olaraq öz səlahiyyətlərinin icrasına başlamasından üç dəqiqə öncə baş verib.
Məlumata əsasən, şirkət yanvarın 20-də 56 milyon IP üzrə nəzarəti ələ keçirib. Hazırda isə onların sayı 175 milyona çatıb ki, bu da qlobal şəbəkədəki bütün IP-lərin 6 faizini təşkil edir.