6 kənddə sutəmizləyici qurğu istifadəyə verilib
01.08.2018
Prezident İlham Əliyevin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən təkcə Göyçay rayonunun 6 kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib.
Rayon icra hakimiyyətindən bildirilib ki, kəndlərdə sutəmizləyici qurğular Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin birinci yarısında istismara buraxılıb. Ərəbşahverdi, Xəlitli, Hacıağabəyli, Qaraxıdır, Şəkili və Çərəcə kəndlərində modul tipli sutəmizləyici qurğularla yanaşı, ümumilikdə, 101 ədəd bulaq da tikilib.
Artıq 6 kəndin 5132 nəfər sakini ekoloji cəhətdən təmiz su ilə təmin olunub.