Paşinyanın istefası qəbul edildi
25.04.2021
Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.
DM xəbər verir ki, müvafiq sənəd prezidentin rəsmi saytında dərc olunub.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verib. Onun istefası Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədardır.