“Bitcoin” dəyər itirir
23.04.2021
ABŞ Prezidenti Co Baydenin varlılar üçün kapital qazancı vergisini demək olar ki, iki dəfə artırmaq barədə təklifindən sonra "Bitcoin”in qiyməti səkkiz gündə yeddinci dəfə azalıb.
Bu barədə Bloomberg.com xəbər yayıb.
Bildirilir ki, "Bitcoin”in qiyməti 5.8 %-ə qədər aşağı düşüb və təxminən 48 596 ABŞ dolları olub.
"JPMorgan Chase & Co.” və "Tallbacken Capital Advisors LLC” bu yaxınlarda dünyanın ən böyük kriptovalyutasının 14 aprel tarixində rekord həddə - 64 870 dollar səviyyəsinə çatandan sonra aşağı enmə potensialının olacağı barədə xəbərdarlıq etmişdi.