21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kənd təsərrüfatı ilə bağlı vacib FƏRMAN

01.08.2018

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
"Dövran Media" xəbər verir ki, fərmanda Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədilə nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzlərinin yaradılması irəli sürülüb.
Fərmanda qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etməli, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını təmin etməlidir.