PKK 7 türk əsgərini yaraladı - ŞİDDƏTLİ DÖYÜŞ
01.08.2018
Türk əsgərləri Şırnak vilayətində hərbi bazaya hücuma hazırlaşan PKK terrorçularına qarşı əməliyyat keçirib.
"Dövran Media" xəbər verir ki, şiddətli atışma zamanı xeyli terrorçu məhv edilib, 4 hərbçi, 3 təhlükəsizlik qoruyucusu yaralanıb.
Döyüş meydanından helikopterlərlə götürülən yaralı türk əsgərləri xəstəxanaya yerləşdirilib.
Bölgədə əməliyyatların davam etdiyi bildirilir.