Allahşükür Paşazadədən AÇIQLAMA
22.04.2021
"Bu il Ramazan ayı bizim üçün həm də Qarabağ torpaqlarımızın azad olunması ilə əlaqədar Zəfər ayıdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsgərlərimizin, hərbçilərimizin şücaəti ilə torpaqlarımızı işğaldan azad etdik”.
DM xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin "114 TV" internet televiziyasına müsahibəsində deyib.
Şeyxülislam vurğulayıb ki, torpaqlarımız 30 illik əsarətdən azad olunub:
"Baxmayaraq ki, həmin ərazilərdə olan bir çox məbədlərimiz, məscidlərimiz, hətta sinaqoq və kilsələr dağıdılaraq yerlə-yeksan edilib. Bu da erməni vandalizminin bizim torpaqlarımızda yaratdığı mənzərədir. Biz əlbəttə, həmin yerləri başqa dinin nümayəndləri ilə birlikdə ziyarət etdik. Dini məbədlərimizdə haram heyvanların saxlanılması islamofobiyaya, islama və İslam dininə və azərbaycanlılara olan münasibət idi. Dünya ictimaiyyəti bütün bunları bilməli və həqiqətləri dünya ictiamiyyətinə çatdırmağı bacarmalıyıq”.