21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səlcuq Bayraktardan VACİB AÇIQLAMA

22.04.2021

 ABŞ Müdafiə Nazirliyi dünən axşam Türkiyənin "F-35” proqramından rəsmi olaraq çıxarıldığını Ankaraya bildirdiyini elan etdi.

Bu açıqlamadan sonra "F-35”lər yenidən gündəmə gəlib və "Bayraktar” PUA-larının istehsalçısı olan "Baykar Savunma” şirkətinin rəhbəri Səlcuq Bayraktar əhəmiyyətli açıqlamalar verib. 

"Telegram” səhifəsində video yayımlayan Bayraktar qeyd edib ki, "F-35”ləri verməmələri bu gün bizim üçün bir dezavantaj kimi görünsə də, sabah milli müdafiə sənayemiz üçün ən böyük üstünlüklərdən biri ola bilər. Çünki proqram təminatını xaricdən alınır. Və belə olan halda atəş açılan zaman nəyin baş verəcəyinə qərarı biz vermirik. O, bizi müstəqil istifadə baxımından ciddi məhdudiyyətlərə məruz qoya bilər. Bundan əlavə, satınalma, istismar və təmir xərcləri nəzərə alınarsa, illər ərzində on milyardlarla dollarlıq bir layihədən söhbət gedir.

Bəli, bu gündən etibarən belə bir təyyarə istehsal etməyimiz 15-20 il çəkəcək.

İnkişaf etdiriləcək milli platformanın tədarük, istismar və təmir xərcləri istənilən halda "F-35”dən az olacaq.

Xaricdən satın alınacaq sistemin mümkün istifadə məhdudiyyətlərini və potensial embarqoları nəzərə alsaq, milli döyüş platforması bizə müstəqil istifadə imkanı verəcək”.

Bayraktar belə təyyarənin ilk uçuşunun təxminən nə zaman olacağının da proqnozunu verib:

"Məqsədimiz bu platformanın prototipinin ilk uçuşunu 2023-cü ildə həyata keçirməkdir”.