Avropada hicab aksiyası KEÇİRİLƏCƏK - SƏBƏB
01.08.2018
"Dövran Media” Regnum agentliyinə istinadən xəbər verir ki, Danimarkada müsəlman qadınlar hicabın qadağasına görə bütün ölkə boyu etiraz aksiyaları keçirəcəklər.
Bu gün, avqustun 1-də qadınların cəmiyyət arasında üzünü bağlaması qanunla qüvvəyə minir. Aksiyalara müsəlman xanımlarla bərabər digərləri də qoşulacaq. Xatırladaq ki, 2018-ci ilin may ayında Danimarka Fransanı, o cümlədən Avropa İttifaqının digər ölkələrində hicab qadağasını dəstəkləmişdi. Bu qanuna səbəb kimi, üzü bağlamaq qadınları ikincı dərəcəli vətəndaş etməklə onları alçaldır və bunun da demokratik dəyərlərə uyğun gəlmədiyi göstərilir.