Yoxa çıxan "Vostok" gəmisinin axtarışı dayandırılıb
29.01.2018
Rusiyada içində azərbaycanlıların da olduğu Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb.
Bu barədə RİA Novosti agentliyinə "Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.
"Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.
"Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.