ABŞ-dan İRANA SƏRT AÇIQLAMA
22.04.2021
Vyanada davam edən İran danışıqları zamanı ABŞ-ın İran tərəfinə sanksiyaların necə qaldırıla biləcəyi yol xəritəsini təqdim etdiyini açıqlandı. ABŞ rəsmisi, "İran konkret hərəkətə keçməyincə, ABŞ sanksiyaları ləğv etməyəcək" dedi.
DM TRT HABER-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli bir rəsmisi, telekonfrans brifinqində jurnalistlərlə ABŞ-İran danışıqlarını qiymətləndirdi.
Vyanadakı danışıqlar zamanı ABŞ rəhbərliyinin İran tərəfinə nüvə anlaşmasının şərtlərinə qayıtması müqabilində hansı sanksiyaları ləğv etmək istədiyi ilə bağlı bir yol xəritəsi təqdim etdiyini izah etdi.