Baydenin ŞOK ADDIMI
22.04.2021
Vəzifəyə başlamazdan əvvəl "qondarma erməni soyqırımını tanıyacağam" deyən ABŞ prezidenti Co Baydennin bu vədini şənbə günü yerinə yetirəcəyi açıqlandı. Wall Street Journal və New York Times qəzetlərinə danışan mənbələr Baydenin bu açıqlamanı şənbə günü verəcəyini bildirdilər.
DM SÖZCÜ GAZETESİ-nə istinadən xəbər verir ki, Prezident Ərdoğan ilə vəzifəyə başladığı yanvar ayından bəri danışmamaqla gərginlik yaradan ABŞ prezidenti Bayden, iki ölkə arasındakı münasibətlərə zərər verəcək bir addım atmağa hazırlaşır.
ABŞ-ın hörmətli qəzetlərindən olan New York Times və Wall Street Journal-a danışan mənbələr, ABŞ prezidenti Baydennin bu şənbə günü qondarma erməni soyqırımını tanıyacağını söylədi. New York Times, belə bir addımın iki ölkə arasındakı münasibətləri çətinləşdirəcəyini bildirsə də, Bayden, Baydenin vəzifəsinə başlamazdan əvvəl qondarma erməni soyqırımını tanıyacağını açıqladığını da xatırlatdı.