Əsəd prezident seçkilərində iştirak üçün müraciət edib
21.04.2021
Suriya Prezidenti Bəşər Əsəd Ali Məhkəməyə seçkidə namizəd kimi qeydə alınması üçün müraciət edib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada prezident seçkisinə namizədlərin müəyyənləşdirilməsinə bir müddət öncə izn verilib.
Ölkədə prezident seçkisinin 26 mayda keçirilməsi nəzərdə tutulur.