Paşinyan Qafanda da etirazlarla qarşılandı
21.04.2021
Ermənistanın baş naziri Nikol Paşinyanı Zəngəzurun (Sünik) Qafan şəhərinə səfəri də etirazlarla qarşılanıb.
DM erməni KİV-lərinə istinadən xəbər verir ki, onun əleyhdarları regional administrasiyanın binasına toplaşaraq "Nikol xaindir”, "Nikol torpaqları təslim edib" şüarları səsləndiriblər.
Hazırda Paşinyan Zəngəzur regional administrasiyasının binasındadır.
Xatırladaq ki, bundan əvvəl Mehridə olan Paşinyanı insanlar etirazlarla qarşılayıb və o məcburən şəhəri tərk edib.