Türkiyə XİN-ə yeni sözçü təyin olundu
20.04.2021
Türkiyə Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub.
Bu barədə Türkiyə XİN-in İnformasiya Baş İdarəsi məlumat yayıb.
Türkiyə XİN-in yeni təyin olunan sözçüsü Tanju Bilgiç bu vəzifədə Hami Aksoyu əvəzləyib.
Qeyd edək ki, Tanju Bilgiç Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. 1995-ci ildən Türkiyə XİN-də işləməyə başlayıb. Tanju Bilgiç 2014-2016-cı illərdə Türkiyə XİN-in İnformasiya Baş İdarəsinin müdir müavini və nazirliyin sözçüsü kimi fəaliyyət göstərib. O, 2016-2021-ci illərdə Türkiyənin Belqraddakı səfiri olub. T.Bilgiç həmçinin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiya kimi ölkələrdə də diplomatik fəaliyyət göstərib.