Çad prezidenti cəbhədə yaralanaraq ölüb
20.04.2021
Çad prezidenti İdriss Debi cəbhə xəttindəki qarşıdurmada yaralanaraq ölüb. 1990-cı ildən bəri ölkəni idarə edən Debi aprelin 11-də keçirilən seçkilərdə 6-cı namizəd olub və seçkilərdə yüzdə 79,32 nisbətində qazanıb.
Mərkəzi Afrikada ölkəsi olan Çad prezidenti İdriss Debi İtno 68 yaşında cəbhə xəttində yaralanaraq həyatını itirib.
Çad ordusunun verdiyi açıqlamada "Prezident İdriss Debi Itno həyatını itirib. Debinin ölümünü elan etmək bizim üçün böyük bir ağrıdır ” deyilir.
Debi Itno 1990-cı ildə Milli Qurtuluş Hərəkatı partiyası ilə hakimiyyətə gəldikdən bəri ölkəni idarə edir.