BMT-dən Azərbaycana hədiyyə
20.04.2021
BMT-nin İnkişaf Proqramı çərşivəsində QİÇS-lə Mübarizə Mərkəzinə 3 ədəd ixtisaslaşdırılmış tibbi nəqliyyat vasitəsi təqdim edilib.
DM xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hər iki qurum ölkədə tibbi təchizat sisteminin gücləndirilməsi üçün çalışır: "QİÇS xəstələrinə kömək etmək üçün tibbi avadanlıqların alınıb gətirilməsi işində ölkə səhiyyəsinə dəstək olmağa davam edəcəyik".