Rusiyada qanunsuz yaşayan Azərbaycanlılar
20.04.2021
Rusiya Daxili İşlər Nazirliyi bir gün əvvəl xarici dövlətlərin milyondan çox vətəndaşının ölkə ərazisində qanunsuz yaşadığını bildirib. Onların arasında, guya, 120 min nəfər Azərbaycan vətəndaşı olan şəxs var. Rusiya Federasiyası Daxili İşlər Nazirinin müavini Aleksandr Qorovoy MDB Parlamentlərarası Assambleyasının iclasında vəziyyətin iyunun 15-dən əvvəl düzəldilməsi lazım olduğunu, əks halda bu adamların ölkədən çıxarılacağı barədə xəbərdar edib.
Moskva Hökuməti yanında Etnik Məsələlər Şurasının Miqrasiya Məsələləri Komissiyasının sədri Yuri Moskovski Caliber.Az-a müsahibəsində sözügedən 120 min azərbaycanlının kim olduğu, bu rəqəmin haradan götürüldüyü barədə açıqlama verib.
Müsahibin sözlərinə görə, söhbət Rusiya qanunlarına görə ya Federasiya ərazisində qalma şərtlərini pozanlar, ya da iki və ya daha çox inzibati xəta törətmiş (bu ölkədən çıxarılma və ölkəyə giriş qadağasını nəzərdə tutur) əcnəbi vətəndaşlardan gedir.