21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qasparyanın müharibə yalanı ifşa edildi

20.04.2021

Ermənistan Təhlükəsizlik Şurası Qarabağdakı müharibənin dördüncü günü baş tutan iclasda Onik Qasparyanın (Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi) çıxışının səs yazısından bəzi fraqmentləri yayıb.

DM erməni KİV-lərə istinadla xəbər verir ki, təqdim olunan fraqmentlərdə Qasparyan əməliyyat vəziyyətinin dəyişmədiyini, düşmənin irəliləmədiyini bildirir.

"İstənilən halda qoşunlar vəzifələrini yerinə yetirirlər, səhər Cəbrayıl istiqamətində kiçik bir əks hücum təşkil etdilər və uğur qazandılar".

Qasparyan daha sonra qeyd edir: "... Ümumilikdə vəziyyət belədir. Biz tapşırıqlarımızı icra etməyə davam edirik və sona qədər onları yerinə yetirəcəyik".

Xatırladaq ki, Ermənistan parlamentinin 14 apreldə keçirilmiş iclasında baş nazir Nikol Paşinyan Qasparyanın keçən ilin noyabrında verdiyi açıqlamanı təkzib etmişdi.

O zaman Baş Qərargah rəisi bildirmişdi ki, Qarabağdakı müharibənin dördüncü günü, yəni 30 sentyabrda Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların dayandırılmasının vacibliyindən danışıb, əks təqdirdə, Ermənistanın resurslarının tükənəcəyini bildirib. Paşinyan Qasparyanın müharibənin dördüncü günü bu barədə danışmadığını söyləyib.

Qasparyan mövzu ilə bağlı əvvəlki şərhində "əxlaqsız yalançılardan" başqa bir şey gözləmədiyini deyib. Bir neçə saatdan sonra isə Paşinyan qanunun imkan verdiyi qədər stenoqramın yayımlanacağına söz vermişdi.