Navalnının sərbəst buraxılması tələb edilir
20.04.2021
Avropa Şurası Parlament Assambleyası (AŞPA) rusiyalı müxalifətçi Aleksey Navalnının iyunun 7-dək həbsdən azad edilməsinə və ona lazımi tibbi yardım göstərilməsinə çağırıb.
DM "TASS”a istinadla xəbər verir ki, bu barədə AŞPA-nın qətnamə layihəsində deyilir.
Layihənin cümə axşamı səsə qoyulacağı gözlənilir.
"Assambleya Rusiyanı Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqlarına riayət edilməsi ilə bağlı iyun ayında keçiriləcək növbəti iclasından əvvəl Navalnını dərhal sərbəst buraxmağa çağırır", - deyə fransalı deputat Jak Mer tərəfindən hazırlanan qətnamədə qeyd olunub.