Fars, rus, gürcü və erməni dilindən tərcüməçi VAKANSİYASI
19.04.2021
"Cosmoline” Tərcümə Mərkəzi fars, rus, gürcü və erməni dilindən tərcümələrin həyata keçirilməsi üçün tərcüməçi vəzifəsinə vakansiya elan edir.
Namizədə tələblər:
- ali təhsil;
- fars, rus, gürcü və ya erməni dilini mükəmməl bilmək;
- yuxarıda qeyd olunan dillərin qrammatikasını yüksək səviyyədə bilmək;
- müasir informasiya texnologiyalarından istifadə etməyi, eləcə də məlumat toplamağı və təhlil etməyi bacarmaq;
- qeyd olunan dillərdən ikisini bilən, eyni zamanda sahə üzrə təcrübəyə malik namizədlərə üstünlük veriləcəkdir.
Peşəkar vərdişlər:
- verilən tapşırıqlara ciddi və məsuliyyətlə yanaşmaq;
- komanda ilə və müstəqil şəkildə işləməyi bacarmaq;
- yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmaq;
- işdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmaq.
İş barədə məlumat:
- iş Bakı şəhərindədir;
- əmək münasibətləri qanunvericiliyə uyğun rəsmiləşdirilir;
- peşəkar inkişaf imkanı;
- gənc, enerjili və mehriban kollektiv;
- əmək haqqı 1000 AZN-dən başlayaraq.
Qeyd olunan tələblərə uyğun olan şəxslərdən CV məlumatlarını
[email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.