Rusiya erməniləri geri qaytarır
19.04.2021
Rusiyaya iş dalınca gedən ermənilər kütləvi şəkildə geri qaytarılacaq.
DM xəbər verir ki, mövzu ilə bağlı araşdırma aparan erməni KİV-ləri qanunsuz miqrantların ölkəyə geri qaytarılmasının onsuz da bataqlıqda çabalayan Ermənistan iqtisadiyyatı üçün böyük çətinliklər yaradacağını yazıblar.
Politoloq Stepan Danielyan yaxın aylarda Rusiyadan təxminən 60 min Ermənistan vətəndaşının qayıdacağını bildirib:
"Bu proseslər ölkəmizdən mühacirət etməyi düşünənlərin planlarını dağıdır. Yəni onların gələcək perspektivləri olmayacaq. Seçkilər ərəfəsində inqilabi əhval-ruhiyə qalır. Yaxın gələcəkdə inqilab ab-havasında olan izdihama, alternativ yollarla siyasi dəyişikliyə nail olmağa hazır olanlara təxminən 40 min "gəlmə" insanı əlavə etsək, sosial partlayışların qaçılmaz olduğunu düşünərik".