21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsveçdə qızmar istilər davam edir

31.07.2018

İsveçdə qızmar istilər yeni-yeni problemlər yaradır.
2018-ci ilin iyul ayı meteomüşahidələrin aparıldığı 260 ildən çox müddətdə İsveçdə ən isti iyul ayı olub. Bu ay bütün ölkə ərazisində orta temperatur normadan 2-3 dərəcə yüksək olub.
Suyun temperaturu yüksək olduğu üçün İsveçin ən iri atom elektrik stansiyasında - "Rinqhals”da ikinci reaktorun söndürülməsi barədə qərar qəbul edilib. İsveç mütəxəssisləri dəniz suyunun bu dərəcədə qızması halları ilə nadir hallarda üzləşirlər. Onlar bildirirlər ki, reaktorun soyudulması üçün istifadə edilən suyun isti olması problemlər yaradır. Amma üçüncü və dördüncü bloklar ştat rejimində işləməyə davam edir.
İsveçin nəqliyyat idarəsi - Trafikverket elan edib ki, o, ölkəni cənginə alan qızmar hava şəraiti ilə əlaqədar bəzi regionlarda sərnişin qatarlarının hərəkətini dayandıra bilər.
Dəmir yolu işçiləri ötən həftə bildiriblər ki, hava şəraiti ilə əlaqədar olaraq Linçöpinq və Kalmar, Linçöpinq və Vestervik, habelə Berqa və Oskershamn şəhərləri arasında dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti bağlanacaq. Havanın temperaturunun yüksək olması nəticəsində hər yay relslərdə əyilmələr müşahidə olunur. Amma bu il belə əyilmələrin sayı həmişəkindən çoxdur. Trafikverketin nümayəndəsi Coanna Lyunqqren vəziyyəti şərh edərək deyib: "Vəziyyətin unikallığı bundadır ki, məhdudiyyətlər sərnişin qatarlarına aiddir, halbuki adətən yük qatarlarına şamil olunurdu”.
İsveç hökuməti fermerlərə 1,2 milyard kron (təqribən 137 milyon ABŞ dolları) məbləğində yardım paketinin ayrılması planını açıqlayıb. Vəsait görünməmiş istilərin səbəb olduğu quraqlıq nəticəsində ziyana düşən fermerlərə kömək etmək məqsədi ilə ayrılır. Ölkədə mal-qara üçün yem çatışmazlığı müşahidə olunur. Bu da fermerləri başqa ölkələrdən bahalı yem almağa məcbur edir. İsveç hökuməti Aİ tərəfindən ayrılan yardımın məbləğinin artırılmasına da çalışacaq.
Qeyd edək ki, İsveç temperaturun rekord həddə çatması fonunda irimiqyaslı meşə yanğınlarından da əziyyət çəkib.