Pirşağıdan sonra bu 3 qəsəbə belə dəyişəcək
16.04.2021
Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrində də yenidənqurma və təmir-bərpa işlərinin başlanması gözlənilir.
DM xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Bakının Pirşağı qəsəbəsində iştirak etdiyi təmir-bərpa işlərinin təməlqoyma mərasimində məlumat verilib.
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür. Post-müharibə və mövcud pandemiya reallığından baxdıqda isə iqtisadi gücümüzün böyük dərəcədə artdığı, hətta qlobal çağırışlara rəğmən, heç bir sosial layihənin ixtisar olunmadığı aydın görünür.
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.