Telefonla hamama girən gənc həyatını itirdi
16.04.2021
Polşada telefonu qoşulmuş şəkildə küvetə girən gənc qız elektrik cərəyanından öldü.
DM TRT HABER-ə istinadən xəbər verir ki, Polşanın Lebork qəsəbəsində 17 yaşlı bir qız hamamda cib telefonunu elektrik enerjisinə bağladı və su ilə dolu hamama girdi.
Gənc qız telefonu su banyosuna atdı və elektrik vurması nəticəsində öldü.
Valideynləri qızın cansız bədənini tapdılar.
Analiz nəticəsində gənc qızın elektrik vurması nəticəsində öldüyü təsbit edildi.
Rayon Prokuroru Patryk Wegner, elektrik çarpmasının niyə və necə baş verdiyini izah etmək üçün bir mütəxəssis heyəti qurulduğunu söylədi.