Zelenskiy, Merkel və Macronla görüşəcək
16.04.2021
Ukrayna Prezidenti Vladimir Zelensky Fransa və Almaniya liderləri ilə üçtərəfli görüş keçirəcəyini və Rusiya ilə Ukrayna arasındakı gərginliyi müzakirə edəcəyini söylədi.
DM SÖZCÜ GAZETESİ-nə istinadən xəbər verir ki, Rusiya 2014-cü ildə ilhaq etdiyi Ukrayna sərhədində və Krımda əsgər sayını artırdıqdan sonra Vaşinqton və NATO təşvişə düşdü.
Zelensky açıqlamasında Parisə gedəcəyini və Fransa prezidenti Emmanuel Macron ilə görüşəcəyini və Almaniyanın kansleri Angela Merkelin də bu konfransa video konfrans vasitəsilə qatılacağını söylədi.