Azərbaycan əsilli jurnalist ÖLDÜRÜLDÜ
31.07.2018
Mərkəzi Afrika Respublikasında (MAR) 3 rusiyalı jurnalistin öldürüldüyü barədə məlumat yayılıb.
"Dövran Media" "Assoşeyted Press”ə istinadən xəbər verir ki, Sibut şəhərində naməlum şəxslər tərəfindən öldürülən jurnalistlərin üzərində "İzvestiya” qəzetinin vəsiqələri olub.
Rusiyanın MAR-dakı səfirliyi xəbəri təsdiqləyib, lakin öldürülən şəxslərin 2-də vəsiqələrin aşkarlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.