21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda maskalar 40 gündə 1 dəyişdirilir

16.04.2021

 Keçən ilin mart aylndan bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığını (amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində ən azı 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 mliyard 180 mln ədəd maska istifadə edilməli idi.
 
Bizdə isə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür.
 
Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib.
 
DM xəbər verir ki, statistikanı şərh edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır!
 
"Əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun.
 
Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir”.
 
N.Cəfərli açıq havada maska taxmaq tələbinin ləğv edilməsinin vacibliyini də qeyd dedib.