Bayden Rusiyaya qarşı sanksiyalar tətbiq etdi
15.04.2021
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
DM-in məlumatına görə, ABŞ prezidenti Co Bayden bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, ABŞ-ın maliyyə təşkilatları Rusiyadan birbaşa qiymətli kağızların satın alınmasını həyata keçirə bilməyəcək. Sanksiyalar Rusiyanın Mərkəzi Bankına, Maliyyə Nazirliyinə və ölkənin suveren fonduna tətbiq olunur.
Bundan başqa, ABŞ Rusiyanın 10 diplomatını ölkədən çıxaracağını bildirib.