Abbas Arakçi-dən AÇIQLAMA
15.04.2021
İran Xarici İşlər Nazirinin müavini Abbas Arakçi, Hərtərəfli Ortaq Fəaliyyət Planı (KOEP) olaraq bilinən nüvə anlaşmasının geri qaytarılmasını müzakirə edən Vyana görüşündə irəliləyiş olmadığı təqdirdə danışıqlara son verəcəyini söylədi.
İran dövlət televiziyasına danışan İran Xarici İşlər Nazirinin müavini Abbas Arakçi, Vyana görüşü ilə əlaqədar bir açıqlama verdi.
Arakçi, "İki gündür heyətlər arasında sıx danışıqlar davam edir. Bir daha ortaq komissiya iclası bu gün rəsmi olaraq başlayacaq" dedi.
Müzakirələrin səthi olmamalı olduğuna işarə edən Arakçi, "Müzakirələrdə konstruktiv bir irəliləyiş olarsa davam edəcəyik. Əks təqdirdə sona çatacağıq" dedi.
Avropa Birliyi (AB), Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə və İranın yüksək vəzifəli rəsmiləri, ABŞ-ın nüvə anlaşmasına dönməsini, İrana tətbiq olunan embarqonu ləğv etməsini və razılaşmanın Avstriyanın paytaxtı Vyanada tam şəkildə həyata keçirilməsini müzakirə edirlər.
Tərəflər ilk dəfə 6 aprel çərşənbə axşamı Vyanada görüşdülər.