Ermənistanda 6 hərbçini maşın vurdu, ikisi öldü
15.04.2021
Ermənistanda hərbçilərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
DM erməni mətbuatına istinadən xəbər verir ki, yol qəzası Kotayk vilayətinin Aramus kəndinin ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil 6 hərbçini vurub. Qəza nəticəsində iki hərbçi hadisə yerində ölüb. Digər 4 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.
Sürücünün avtomobili içkili halda idarə etdiyi məlum olub. Qəzanı törətməkdə şübhəli bilinən 34 yaşlı Karen Mikaelyan hadisə yerindən qaçmağa müvəffəq olsa da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətində baş vermiş yol qəzasında iki hərbi qulluqçunun ölməsi faktını təsdiqləyib.
Faktla bağlı cinayət işi başlanıb.