Çavuşoğlunun Rusiya-Ukrayna münasibətləri haqqında AÇIQLAMASI
15.04.2021
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna əlaqələrinə münasibət bildirib.
Bu barədə NTV-yə müsahibə verən siyasətçi bildirib ki, həm Rusiya, həm də Ukrayna ilə münasibətlər yaxşıdır:
"Sülh probleminin həlli üçün iki ölkəyə də təkliflərimiz eynidir. Türkiyənin mövqeyi bəllidir. Biz münasibətlərin yumşaldılmasından yanayıq. Əgər diplomatik addımlar atılarsa, çox məmnun olarıq”.
Çavuşoğlu Rusiya ilə Türkiyə arasında ticarət, enerji, investisiya kimi bir çox sahələrdə əlaqələrin olduğunu deyib.
"Bəzən əks tərəflərdə olduğumuz mövzularda belə ortaq məxrəcə gələ bilirik”.
O vurğulayıb ki, Türkiyə hər iki ölkəyə münasibətdə tərəf tutmur: "Mövqeyimiz açıq, balanslı və konstruktivdir”.