Jurnalistlərin növbəti dəfə Ağdama səfəri
15.04.2021
Bu gün bir sıra media nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonunun Təzəkənd kəndinə səfər edib.
Səfər zamanı media nümayəndələri minalanmış ərazilərin təmizlənməsi barəsində ətraflı məlumat alıblar. Həmçinin ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov jurnalistlərə açıqlamasında bildirib ki,ermənilərin ağır artilleriyadan atəşə tutduğu yaşayış məntəqələri və əkin sahələri hərbi sursatla çirklənmiş ərazi hesab olunur:
"Atəşə tutulan həmin ərazilər təhlükəli ərazi hesab olunur. Hazirda həmin ərazilərin ANAMA-nın əməliyyat qrupuları tərəfindən tam təmizlənə işləri davam etdirilir."