Vətən Müharibəsi iştirakçısına yüksək VƏZİFƏ VERİLDİ
15.04.2021
Ağstafa rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
DM-in əldə etdiyi məlumata görə, Qədiməliyev Ariz Raquf oğlu RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin edilib.
A.Qədiməliyev daha öncə də Ağstafa RİH-də komendant kimi çalışıb. Qeyd edək ki, o, ehtiyatda olan zabit və Vətən Müharibəsi iştirakçısıdır.