Mətbuat konfransı zamanı huşunu itirdi
15.04.2021
Danimarkanın dərman vasitələrinə nəzarət idarəsinin şöbə müdiri Tanya Eriksen vaksinasiyaya həsr olunmuş mətbuat konfransı zamanı huşunu itirərək yerə yıxılıb.
Bu barədə "RİA Novosti” TV2 teleşirkətinə istinadən məlumat yayııb.
İnsidentdən sonra mətbuat konfransı dayandırılıb.
Tezliklə xanım Eriksen ayılıb və onun özünü yaxşı hiss etdiyi bildirilib.
"İndi onun vəziyyəti qənaətbəxşdir. O, təcili yardım maşını ilə yoxlanış məqsədilə xəstəxanaya göndərilib”, - deyə idarədən verilən açıqlamada qeyd olunub.