Sabiq deputatdan TƏKLİF
14.04.2021
"Deyilənə görə, "Zəfər parkı"na giriş pulludur - 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki, ən azından məktəblilər üçün pulsuz olacaq".
DM bildirir ki, bunu sabiq deputat Etibar Hüseynov bildirib.
O qeyd edib ki, buradan yığılan pulların "YAŞAT" fonduna köçürülməsinin tərəfdarıdır:
"Hətta çox istərdim ki, gələcəkdə istirahətə gələnlər üçün Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama da giriş pullu olsun. Simvolik 50 qəpik, 1 manat və ya kim nə qədər istəsə. Niyə də yox?
Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və s. pullu edilib ki, bura filankəs pul qoyub, əziyyət çəkib. İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə də "YAŞAT" Fonduna yığılmaq şərtilə".
Sabiq deputat bildirib ki, bu addım hamının ürəyincə olar: "Hər kəsə istirahətdən əlavə ruhən və mənən bir rahatlıq da gətirər".