Məktəbə silahlı hücum oldu
13.04.2021
ABŞ-ın Tennesi ştatının Knoxville şəhərindəki bir liseydə baş verən silahlı hücumda 1 nəfərin öldüyü, 1 polis məmurunun yaralandığı və 1 nəfərin nəzarətə alındığı bildirildi.
DM SABAH HABER-ə istinadən xəbər verir ki, ABŞ-ın Tennessi ştatındakı Knoxville Austin-East Magnet adlı orta məktəbdə baş verən silahlı hücumun təfərrüatları məlum olub.
Knoxville polisi etdiyi yazılı açıqlamada, hücumda vurulan 1 adamın hadisə yerində öldüyünü və 1 polis məmurunun yüngül yaralandığını bildirdi.
Açıqlamada hadisə ilə əlaqəli 1 nəfərin də nəzarətdə olduğu və istintaqın davam etdiyi bildirilib.