Sarkisyanın qardaşı oğlu həbs olundu
13.04.2021
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs olunub.
DM xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abrahamyan "Facebook” hesabında yazıb.
12 apreldə Ermənistan Kassasiya Məhkəməsi Baş prokurorluğun apellyasiya şikayətini təmin edib və Sarkisyana qarşı Apellyasiya Məhkəməsinin girov tətbiq edilməsi barədə qərarını ləğv edib.
Xatırladaq ki, Narek Sarkisyan silah saxlama, narkotik və fırıldaqçılıqda təqsirli bilinərək axtarışa verilib.