1 həftədə istidən 39 nəfər həlak olub
31.07.2018
Son bir həftə ərzində Yaponiyada isti hava nəticəsində 39 nəfər həlak olub, 13721 nəfər isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Bu barədə iyulun 31-də Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Ən isti hava temperaturu Yaponiyanın mərkəzi və qərbi rayonlarında qeydə alınıb. Məsəl üçün, dağlıq ərazidə yerləşən Qifu prefekturasında istirahət günlərində termometrlərin civə sütunu müsbət 39 dərəcə selsini göstərib ki, bu da cari yayın ən yüksək hava temperaturudur. Paytaxt Tokioda isə səhər saatlarında havanın temperaturu müsbət 33-34 dərəcə selsiyə bərabər olub.
Xəsarət alanaların əksəriyyəti açıq havada olduqları vaxtı qeydə almayan və ya qənaət məqsədilə kondisionerlərdən istifadə etməyən yaşlı insanlardır.
Xatırladaq ki, ötən yay Yaponiyada isti hava nəticəsində 44 nəfər ölmüş, on minlərlə insan xəstəxanalara yerləşdirilmişdi.