Rusiyadan ABŞ-a sərt xəbərdarlıq
13.04.2021
ABŞ-ın iki hərbi gəmisinin Boğazlardan Qara dənizə çatacağı barədə açıqlamadan sonra Rusiyadan çox sərt bir açıqlama gəldi.
DM SÖZCÜ GAZETESİ-nə istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasındakı gərginlik artır.
Moskva ABŞ-ın bölgəyə hərbi gəmi göndərməsini tənqid etdi. Xarici işlər nazirinin müavini Sergey Ryabkov, "ABŞ-ın bu həftə Qara dənizə iki hərbi gəmi göndərməsi təxribatdır. "Bu hərəkət bölgədəki hadisələr riskini çox artırır" dedi.
Ryabkov, Moskvanın Ukraynanın şərqindəki Donbas bölgəsində yaşayan vətəndaşlarını qorumağa davam edəcəyini söylədi.