Nazirliyin əməkdaşı koronavirusdan vəfat etdi
13.04.2021
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib.
DM xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev bir müddət əvvəl COVID-19 virusuna yoluxub.
Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.
Məlumatı Oxu.Az-a FHN mətbuat xidmətindən təsdiq ediblər.