Nazirlik rəsmisindən AÇIQLAMA
13.04.2021
"Qarabağ bölgəsi üzrə hava proqnozlarının verilməsi işğal dövründə də bir gün belə dayandırılmayıb".
DM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivədində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, 30 il ərzində işğalçılar Qarabağdakı gözəl çaylarımızı çirkləndirib:
"Onlar unikal fauna və floranı, tarixi abidələri, məhv ediblər. Qarabağın işğalda olan hər bir rayonu üzrə proqnozları verərkən biz üdümüzü kəsmirdik. Əmin idik ki, o gün gələcək, torpaqlarımız işğaldan azad olunacaq və proqnozlarımızdan bizim vətəndaşlar istifadə edəcək.
Bu xoşbəxt günü bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz yaşatdı və torpaqlarımız qayıtdı".
"Bu gün biz qürur duyuruq ki, Qarabağ bölgəsi üçün verdiyimiz hava proqnozlarımızdan bizim hərbicilərimiz və oranı bərpa edən mütəxəssislərimiz faydalanır. Gələcəkdə də hidrometeoroloji məlumatlar dircələn Qarabağda ıqtisadiyyatın müxtəlif sahələrinin səmərəli planlaşdırılmasında xidmət göstərəcək", - deyə U. Tağıyeva əlavə edib.