Azərbaycanda maaşlar artırmı?
13.04.2021
Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.
Bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.