AB-nin İrana qarşı sanksiyaları uzadıldı
12.04.2021
Avropa Birliyi (AB) "ciddi insan haqları pozuntularına" görə İrana qarşı tətbiq etdiyi 10 illik sanksiyaların müddətini uzadıb.
DM TRT HABER-ə istinadən xəbər verir ki, 8 nəfər və daha 3 qurum sanksiya siyahısına əlavə edildi.
Beləliklə, sanksiya tətbiq olunanların ümumi sayı 89-a, qurumların sayı 4-ə yüksəldi.
Avropa Birliyi (AB) Şurası tərəfindən edilən açıqlamada, sanksiyaların 13 Aprel 2022'ye qədər uzadılmasına qərar verildiyi ifadə edildi.
Sanksiyalar arasında səyahət qadağaları, varlıqların dondurulması və daxili təzyiq elementi kimi istifadə edilə bilən materiallarla rabitəni izləmək üçün istifadə olunan avadanlıqların İrana satılması qadağan edildi. İlk dəfə 2011-ci ildə qəbul edilən sanksiya qərarı hər il uzadılırdı.