Ukraynadan Rusiyaya ÇAĞIRIŞ!
12.04.2021
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çıxarmağa və Minsk razılaşmalarının müddəalarını yerinə yetirməyə dəvət etdi.
DM TRT HABER-ə istinadən xəbər verir ki, nazirliyin verdiyi açıqlamada, 7 Apreldə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2011-ci il Vyana Sənədi çərçivəsində Ukrayna sərhədindəki hərbi mövcudluğunu artırması üçün Rusiyadan rəsmi bir açıqlama istəməsi xatırladıldı.
Rusiyanın mövzu ilə bağlı açıqlama verməkdən imtina etdiyi bildirilən açıqlamada, gərginliyi azaltmaq üçün Rusiya tərəfindən məsləhətləşmə cəhdlərinin də nəzərə alınmadığı vurğulandı.
Bəyanatda Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çıxarmağa, döyüşçü üslubundan və dezinformasiyadan imtina etməyə və Minsk razılaşmalarının təhlükəsizlik şərtlərini yerinə yetirməyə çağırdı.