Sahil Babayev özünə yeni müşavir təyin etdi
12.04.2021
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə daha bir müşavir təyin edib.
DM xəbər verir ki, bu, Anar Bayramovdur.
O, bu təyinata qədər "A-Qrup Sığorta" ASC-nin İdarə Heyətinin sədri olub.