29.01.2018
Bildiyimiz kimi, Dubay quru iqlimə malikdir və burda buludların görsənməsi nadir hadisədir. Statistikaya görə bu şəhər ildə 6 dəfə gecələr yüngül dumanla sıx örtülür və səhər saat 9-a qədər cəkilir. Bu maraqlı və gözəl anları tutmaq ücün alman fotoqrafı Sebastyan Opitz Dubayda 5 il yaşamışdır. O, bu əsrarəngiz mənzərəni öz fotoaparatına həkk etmək üçün günlərlə yuxusuz gecələr kecirmişdir.