Bərdədə canavar sürüsü kəndə hücum çəkdi
12.04.2021
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib.
DM-in məlumatına görə, nəticədə 30-dan çox xırdabuynuzlu heyvan tələf olub. Hadisə Bərdə rayonunun Saatlı kəndində, Xəyyam Məmmədova məxsus təsərrüfatda baş verib.
Tövləyə girən canavarlar 30 baş heyvanı parçalayıb, 8 baş qoyunu isə yaralayıb. Vəhşi heyvanlar qoyunçuluq təsərrüfatına gecə saatlarında hücum edib.
Yerli sakinlər deyir ki, son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib.
Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib.
Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb.
Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.
Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.