Daha bir əsgər Donbasda öldü
12.04.2021
Ukrayna ilə Rusiya arasında "Donbas" böhranı davam edir.
DM SABAH HABER-ə istinadən xəbər verir ki, Rusiya tərəfdarı separatçıların açdığı atəş nəticəsində Ukrayna sərhədinə yaxın Donbas bölgəsində bir Ukrayna əsgəri öldü.
Ukrayna Silahlı Qüvvələri Rusiyapərəst separatçıların əvvəlki gün 10 dəfə atəşkəsi pozduğunu açıqladı.
Açıqlamada, Donbasın Pişevika, Avdiyivka və Zolotoye-3 bölgələrində separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusundan bir əsgərin öldüyü bildirildi.
Digər tərəfdən, Kremlin Mətbuat katibi Dmitriy Peskov, Prezident Vladimir Putinin Rusiyanın Donbas'ı dəstəkləməsi ilə bağlı sözlərinin müharibəyə səbəb olub-olmadığını soruşduqda, heç kimin Ukraynanın şərqində müharibəyə doğru getmədiyini söylədi.