Qırğızıstanda referendum başa çatdı
11.04.2021
Qırğızıstanda konstitusiyaya düzəlişlərin tətbiqi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.
DM xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilib ki, saat 20:00-da 2483 seçki məntəqəsi bağlanıb. Səsvermədə vətəndaşların təxminən 30%-i iştirak edib, ancaq məntəqələrdən Bişkekə informasiyalar gəlməkdə davam edir. Buna görə də rəqəmlər dəyişəcək.
Qeyd edilib ki, səsvermənin gedişini 31 ölkədən 180-dən çox beynəlxalq müşahidəçi izləyib.